SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda yol polisi bahalı avtomobillərə qarşı hərəkətə keçib. Buna səbəb isə həmin avtomobillərlə bağlı külli miqdarda cərimələrin olması və 3 aydan artıqdır sürücülər tərəfindən ödənilməməsidir.

Avtosfer.az xəbər verir ki, artıq iki gündür paytaxt ərazisində nömrələri ilə diqqət çəkən bahalı avtomobillər yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Həmin avtomobillərin bir neçəsinin saxlanılması Avtosfer.az-ın kamerasına tuş gəlib. Saxlanılan avtomobillər arasında Bakıda cəmi bir dənə olan 90 BS 777 dövlət nömrə nişanlı «BMW-X6», 90 ZL 011 dövlət nömrə nişanlı son model «Audi», qızılı rəngə boyanmış 880 nömrə nişanlı «Mercedes Galenvagen» və nömrəsi 500 olan «Porcshe» markalı avtomobillər olub.

Əldə etdiyimiz məlumata görə, bahalı avtomobil sahibləri arasında cərimələri ödəməyənlər çoxdur. Bəzilərinin ödənilməyən cərimələrinin sayı 100-ə yaxınlaşır. Bu səbəbdən də yol polisi onlara qarşı hərəkətə keçib. 
 
BAKU.WS