SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Oktyabrın sonuna qədər Bakıda avtomobillər üçün kommersiya parklanma yerləri kontaktsız ödəniş qəbul edəcək. Bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Söhbət paytaxt ərazisində ticarət-əyləncə mərkəzləri və digər ictimai yerlərdə fəaliyyət göstərən parklanma yerlərindən gedir. Həmin kommersiya parklanma yerlərinin kontaktsız ödəniş sisteminə keçməsi ilə bağlı artıq razılaşma da əldə olunub.

Ödəniş "Azərpoct"un bütün poçt xidmətlərindən əldə ediləcək xüsusi kontaktsız kartlar vasitəsilə hətayata keçiriləcək.
 
BAKU.WS