SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşı Rəşad Əlizadə Bakıda radara düşüb. Özü də, onun barəsində tətbiq edilən cərimə artıq sistemə vurulub. Lakin işin ən maraqlı tərəfi budur ki, Rəşad Əlizadənin qayda pozduğu iddia olunan 99 GX 207 nömrə nişanlı avtomobildən xəbəri yoxdur.
 
Bu barədə Avtosfer.az-a məlumat verən sürücü bildirib ki, uzun zamandır Azərbaycanda yoxdur və son 4 ay ərzində ümumiyyətlə, Azərbaycanda olmayıb: "Bu gün maraq üçün Daxili İşlər Nazirliyinin saytındakı "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar"-ı yoxlayarkən gördüm ki, guya 04.07.2016 tarixində 99 GX 207 nömrəli avtomobillə qayda pozduğum üçün 4 bal və 54 manat cərimə olunmuşam. 

Uzun illərdir xaricdə yaşayıram, demək olar hər gün maşın sürürəm və heç bir qayda pozuntusu etməmişəm. Lakin Qazaxstanda yaşamağıma baxmayaraq Qazaxstanda olduğum dönəmdə tanımadığım və bilmədiyim maşınla cərimələnməyim mənə çox təəcüblü gəldi. Xarici pasportum vasitəsilə həmən vaxt Azərbaycanda olmamağımı sübut etmək üçün əlimdə əsas var".

Rəşad Əlizadə onu da bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın Qazaxıstandakı səfirliyi vasitəsilə Dövlət Yol Polisi İdarəsini məhkəməyə vermək qərarına gəlib. "Bu cərimə bu ay yazılıb. Mənsə 4 aydır Bakıda yoxam. Və ən əsası da 99 GX 207 nömrəli maşını tanımıram. Keçmiş maşınım olsa, bu, mümkündür. Amma bu maşınla heç bir əlaqəm yoxdur".
 
BAKU.WS