SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Böyük Britaniyanın "Rolls-Royce" avtomobil şirkəti Londonda 103EX modelinin konseptini təqdim edib. Rolls-Royce Vision Next 100 möhtəşəm zahiri görünüşü ilə diqqət çəkir.
 
Bu, sükansız və pedalsız avtonom elektromobildir. Virtual sürücü və əsas köməkçi Spirit of Ecstasy heykəlciyidir. Bu heykəlcik səs və süni intellekt əldə edib. O, marşrutu özü planlaşdırır, vacib işlər və görüşlər barədə xatırladır, avtomobili binanın qapısına sürür və bir çox başqa şeylər edir. İnteryer ağacdan hazırlanıb, standart oturacaqların yerinə salonda ipək materialla örtülmüş dəbdəbəli divan yer tutur. Salonun qabaq divarı OLED-displeylə təqdim olunur. Displey sönəndə isə şüşə şəffaf olur. Avtomobilin yalnız bir qapısı var, açılma zamanı işıqlandırmalı kəndar irəli çıxır və şüşə dam qalxır. "Gələcəyin avtomobili" 2040-ci ildən istehsal olunacaq.
 
BAKU.WS