VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Qazax magistral yolunun Ucar rayonu ərazisində gizli radarların quraşdırlması ilə bağlı KİV-də yayılan məlumat və fotolara münasibət bildirib.

BAKU.WS bildirir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev report-a deyib ki, həmin fotolar 6 il əvvəl yayılan fotolardır: "Hazırda bu tip radarlardan istifadə olunmur. Kiminsə haradasa gizlənib çəkməyinə ehtiyac yoxdur. Çünkü həmin ərazilərdə radarların mövcüd olduğunu bildirən nişanlar quraşdırılmalıdır. Bu gün KİV-də yayılan fotolar 6 il bundan öncə yayılmışdı. Yəni, bu fotolar yeni fotolar deyil. Bu fotolar 2010-cu il 19 avqust tarixində bəzi saytlarda yayımlanıb. Ola bilər ki, kimsə sensasiya axtarır və bunun üçün fotoları yenidən gündəmə gətirib. 6 il bundan əvvəl yayılan fotoları yeni fotolar kimi ictimaiyyətə təqdim etməyin nə mənası var?!"

K.Əliyev vurğulayıb ki, Azərbaycanda YPX avtomobilləri İ-patrul sistemi ilə təchiz olunandan sonra belə radarların quraşdırılmasına ehtiyac yoxdur:  "Qanunda da var ki, yaşayış məntəqələrində 50-200 metr məsafədə qadarların olduğunu bildirən informasiya lövhələri quraşdırılır. Yaşayış məntəqələrindən kənarda isə radarların olduğunu bildirən informasiya lövhələri 150-300 metrə qədər məsafədə quraşdırılmalıdır". 
 
 
BAKU.WS