SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son vəziyyəti açıqlayıb.

BAKU.WS xəbər verir ki, sentyabrın 22-də 36 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Məlumata görə, bu gün 10 şagirddə koronavirus aşkarlanıb. Virusun aşkarlandığı işçi heyətin sayı isə 7 nəfərdir.

Sentyabrın 22-də 7 nəfər işçi heyətdə də 37 dərəcədən yüksək hərarət müşahidə edilib.

Bu gün daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 6-ya çatıb.


 

BAKU.WS