SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda 2019-cu ildə iqtisadi sahədə törədilən cinayətlərin sayı artıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, 2019-cu ildə 1244 iqtisadi cinayət qeydə alınıb.

Bu isə 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ildə bu rəqəm 1156 olub.

İqtisadi sahədə cinayətlərdə qaçaqmalçılıq halları üstünlük təşkil edib. 2019-cu ildə 709 qaçaqmalçılıq müəyyən olunub.

Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma isə siyahıda ikincidir.

2018 ildə bu kateqoriya üzrə 225 fakt aşkarlanıb.

Ötən il, pis keyfiyyətli məhsul istehsal etmə və satma üzrə 32, saxta pul qiymətli kağızlar əldə etmə və ya saxlama üzrə 27 hal aşkarlanıb.

Qanunsuz və yalançı sahibkarlıq üzrə isə 21 hal müəyyən olunub.

İqtisadi cinayətlərə görə 556 nəfər məhkum olunub ki, bunun da 43-nü qadınlar təşkil edib.

BAKU.WS