VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib. Bu məqsədlə, Şirvan şəhərinə monitorinq məqsədi ilə TƏBİB-in işçi qrupu ezam olunub və bir sıra qüsurlar aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu qüsurların aradan qaldırılması məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb:

"Daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-ün baş epidemioloqunun son tövsiyələri və indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq bütövlükdə şəhərin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib. Belə ki, əhali əvvəlcədən məlumatlandırılmaqla, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası, eləcə də Şirvan Şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılacaq.

Bu zaman, xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcək".

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-ün tövsiyələrini nəzərə alaraq yoluxma intensivliyinin çox olduğu ərazilərdə yoluxma mənbəyinin lokal qapanma tədbirlərinə üstünlük verəcək.

BAKU.WS