VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöldə kran sürücüsü faciəvi şəkildə xəsarət alıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsi 24 ünvanında qeydə alınıb.

Rayon sakini, 1964-cü il təvəllüdlü Kamal Bayramovun üzərinə "Kran" markalı yük maşınının ehtiyat hissəsi düşüb. Nəticədə sürücü baş nahiyyəsindən ağır xəsarət alıb. Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilən şəxsin vəziyyəti ağıdır.

İlkin məlumata görə, hadisə sürücünün öz həyətində avtomobillə iş görərkən ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı polisə məlumat verilib,araşdırma aparılır.

BAKU.WS