SİZİN REKLAM BURADA!
055 213 76 73


Koronavirusa qarşı vaksinin tətbiq olunduğu ilk insandan xəbər var.

BAKU.WS xəbər verir ki, ABŞ-ın biotexnologiya şirkəti “Moderna”nın istehsal etdiyi vaksin Cenifer Haller adlı qadının üzərində tətbiq olunub.

Cenifer Haller ilk dozanı qəbul etdiyi gündən bəri özünü çox yaxşı hiss etdiyini bildirib.

“İlk dozanı qəbul etdiyim vaxtdan 16 gün keçib. Özümü mükəmməl hiss edirəm”.

Vaksin haqqında bəzi məlumatları açıqlayan Haller Moderna şirkətinin istehsal etdiyi vaksində RNT istifadə etdiyini söyləyib.

“Tətbiq olunan dərmanda insan orqanizminin virusa reaksiya verə bilməsi üçün ölmüş və yaxud zəiflədilmiş virusdan istifadə olunur.

Bunun tətbiqindən sonra isə orqanizm virusa qarşı reaksiya göstərə bilir”.

Cenifer Haller peyvəndin orqanizmdə virusa qarşı immunitet yaratdığını söyləyib. Bununla yanaşı dərmanın heç bir əks təsir göstərmədiyini də bildirib.

BAKU.WS
VİDEO