VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən axşam saatlarından başlayan aramsız yağışlar Goranboy rayonunda ciddi fəsadlara yol açıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, sel suları nəticəsində təxminən 4 kəndə, eləcədə rayon mərkəzinə, Goran qəsəbəsində ciddi problemlərə səbəb olub.

Sel suları Yuxarı Ağcakənd, Aşağı Ağcakənd,Qaraçinar, Zeyvə kəndlərində ciddi ziyan vurub.

Balakürd, Qızılhaçılı kəndlərində fermerlərin əkin sahələrini sel suları tamami ilə yuyub. Sel suları həmçinin fərdi yaşayış evlərinə ciddi problemlər yaradıb.

Sular zirzəmilərə dolub, pay torpaqlarında əkilən məhsullar tamami ilə yararsız hala düşüb. Hazırda rayon Fövqaladə Hallar Komissiyası tərəfindən dəyən ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Xüsusən çay sularının axının istiqamətinin dəyişdirilməsi, insanlara daha çox ziyan dəyməməsi üçün qabaqlayıcı addımlar atılır. Bundan başqa sakinlərə dəyən ziyanın miqadarı hesablanır.

Hazırda Goranboy rayonunda yağmurlu hava şəraiti davam edir.

BAKU.WS
VİDEO

QALEREYA