SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənilər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində 30 avqust - 4 sentyabr 2021-ci il tarixində marafon yarışı keçirməyə hazırlaşırlar.

BAKU.WS xəbər verir ki, yarış ermənilərin ABŞ-da qeydiyyatdan keçən "Adventure CORPS" şirkəti tərəfindən təşkil olunur.

Marafonda 10 ölkədən 55 idmançının iştirak etməsi planlaşdırılır.

Yarışın məqsədi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə turistlərin axınını təmin etməkdir.

Qeyd edək ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğu üçün burada hər hansı yarış və tədbir keçirmək yalnız rəsmi Bakının icazəsi ilə baş tuta bilər. Bu razılıq olmadığı müddətdə hər növ tədbirərin keçirilməsi separatçılıq xarakteri daşıyır.

Orxan Hüseyn
BAKU.WS