VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola bilər.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bütün dünya ölkələrinə payız aylarına hazırlıqla bağlı tövsiyələr verir:

“Dünya ölkələri bu hazırlıq işlərini görürlər. Çünki xəstəliyin gedişatını əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Virusun gələcəkdə hansısa formada mutasiyaya uğrama ehtimalı, bu virusun payız aylarında digər respirator virus infeksiyaları ilə birlikdə gedişatı problemlərə səbəb ola və səhiyyə müəssisələrinin üzərinə düşən yükü artıra bilər”.

R.Bayramlı qeyd edib ki, hazırda İtaliya və Çindən gələn nümayəndələrlə birlikdə gələcək planlar üzərində iş aparılır.

BAKU.WS