SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “Leonardo” biznes mərkəzinə daxil olan şəxs oranı partlatmaqla hədələyib.

BAKU.WS xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Özbəkistan vətəndaşı olan Zöhrab Kərimov adlı silahlı şəxs bir neçə şəxsi girov da götürüb. O, media nümayəndələrinə açıqlama vermək istədiyini də bəyan edib.

Ukrayna Daxili İşlər nazirinin müavini Anton Geraşenko bildirib ki, Z.Kərimov əqli cəhətdən qüsurlu şəxsdir.

Xüsusi təyinatlı polis qüvvələri biznes mərkəzindəki girovları azad etmək üçün əməliyyata başlayıb.

BAKU.WS
VİDEO