VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika alimləri koronavirus pasiyentlərinin sağalmasını sürətləndirən üsul aşkarlayıblar.

BAKU.WS xəbər verir ki, bu barədə "Ridus" bildirir.

Alimlər aşağı dozalı şüa terapiyasının nəyə kömək etdiyini müəyyənləşdirən tədqiqat aparıblar. Tədqiqatda şüa terapiyası müalicəsi keçən 10 pasiyent iştirak edib. Həmçinin adi metodlarla müalicə edən nəzarət qrupu yaradılıb. Nəticədə məlum olub ki, şüa terapiyası pasiyentlərin kliniki sağalmasını sürətləndirməyə kömək edir.

Məlumata görə, şüa terapiyası ilə müalicə edilənlər 3 gün ərzində sağalıb. Lakin adi üsullarla müalicə kursu keçən xəstələrdə bu müddət 12 gün təşkil edib.

Stasionar müalicədən çıxışa qədər vaxt 12 günə qədər azaldılıb, nəzarət qrupundakı pasiyentlər isə 20 gün sonra xəstəxanadan buraxılıb.

BAKU.WS