SİZİN REKLAM BURADA!
055 213 76 73


Prokurorluq orqanlarında yeni təyinatlar olub.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Quba rayon prokuroru Elman Süleymanov tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun imzaladığı digər əmrlə Pirallahı rayon prokuroru İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub.

BAKU.WS