SİZİN REKLAM BURADA!
055 213 76 73


Keçən ildən etibarən ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir.

Məlumata görə, 2019-2020-ci tədris ili ərzində Bakıda 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

BAKU.WS