İmişli rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarışları tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən üç nəfər saxlanılıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, onlardan biri - Elbrus Allahyar oğlu Muradov rayon sakini Qismət Abbasova məxsus evdən 5 000 manatlıq qızıl-zinət əşyaları, 4 000 manat və 650 ABŞ dolları aparıb.

Bundan başqa, Umud Umudlu və Qəzənfər İsaqlı iki baş iribuynuzlu heyvan oğurlayarkən saxlanılıblar.

Hər üç faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

BAKU.WS