SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstan daha 114 vətəndaşını Azərbaycandan təxliyə edib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Azərbaycandakı səfirliyindən bildirilib.

Gürcüstan vətəndaşları ötən gün avtobusla vətənə yola salınıb. Həmin şəxslər arasında yeniyetmələr, ahıllar, hamilə qadınlar, ağır xroniki xəstəlikləri olanlar və səfirliyin müvəqqəti yaşayış yeri ilə təmin etdiyi insanlar olub.

Qeyd olunub ki, vətəndaşların Gürcüstana təxliyəsi səfirliyin dəstəyi və Azərbaycanın müvafiq dövləq qurumları ilə koordinasiya əsasında həyata keçirilib.

Qeyd edək ki, bundan öncə Gürcüstan hökuməti Azərbaycandan 160 vətəndaşının vətənə qaytarılmasını təmin edib.

BAKU.WS