SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının çoxsaylı tapşırıqları arasında ən vacibi bank sisteminin sağlamlaşdırılması idi.

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bank sektorunun sağlamlaşdırılması adətən daha aktual mövcud problemlərlə əlaqədar növbəti rübədək təxirə salınırdı, amma bugünkü gün bu məsələ daha da aktuallıq qazanıb:

“Müvafiq olaraq bank sektorunun sağlamlaşdırılması və kreditləşmənin inkişafı üzrə davam edən islahatlar çərçivəsində aprelin 27-də Mərkəzi Bankın İdarə heyəti tərəfindən “Atabank”, “AGBank”, “NBC Bank” və “Amrah Bank”a müvəqqəti inzibatçılar təyin olunub. Daha sonra aprelin 28-də və mayın 12-də bankların dördü də ləğv edilib və müflis olma barədə müraciət edib”.

Z.Nuriyev qeyd edib ki, banklarla bağlı yaranmış vəziyyət koronavirus pandemiyası ilə əlaqədar deyil, əvvəlki dövrlərdə yığılmış problemlərin nəticəsidir.

O əlavə edib ki, bankların bağlanması bütün dünyada qeydə alınır və təkcə Rusiyada bu ilin birinci rübündə 8 bank bağlanıb:

“Bu, normal prosesdir və arzuolunan olmasa da, bütün dünya iqtisadiyyatı üçün xarakterikdir”.

BAKU.WS