SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Şəhər Mərkəzi Parkında "İlaxır çərşənbə” münasibətilə bayram şənliyi təşkil edilib.

BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq Atəşgaha yollanıb. Oradan od götürən karvan geriyə qayıdaraq Hava Limanı avtomagistralı, metronun "Koroğlu” stansiyasının yanındakı "Alov” Fontanın qarşısından keçərək Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, 28 May küçəsi, Rəşid Behbudov prospekti, Füzuli küçəsi və Heydər Əliyev Sarayından keçib Şəhər Mərkəzi Parkında Bayram Tonqalı alovlandırıb.

Daha sonra Mərkəzi Parkda incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olub.
 
BAKU.WS