SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində alimlər araşdırma apararaq, bu ilin yanvar ayında kondisioner vasitəsilə doqquz nəfərin koronavirusa yoluxduğunu müəyyən ediblər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, koronavirusu simptomsuz keçirən xəstəyə aid mikrodamcılar kondisioner vasitəsilə digər şəxslərə ötürülüb.

Həmin şəxsin digərləri ilə bir metrdən çox məsafədə olmasına baxmayaraq, restoranda olan doqquz nəfər COVID-19-a yoluxub.

Bununla da, kondisionerin virusu daha sürətlə yaydığı qənaətinə gəlinib.

BAKU.WS