SİZİN REKLAM BURADA!
055 213 76 73


Rəqqasə Fatimə Fətəliyeva xəstəxanaya yerləşdirilib.

BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, son günlər yüzlərlə imkansız ailələrə yardım edən sənətçinin qəfildən halı pisləşib. Hazırda Fatimə həkim nəzarətində müalicə alır.

Fatimə xəstəxanadan fotosunu “Instagram” hesabının “Hekayə” bölümündə paylaşıb.

Oxu.Az-ın əməkdaşı F.Fətəliyeva əlaqə saxlayıb. O, təcili tibbi müdaxilədən sonra səhhətinin yaxşı olduğu bildirib:

“Davamlı olaraq imkansızlara yardımlar etdim. Çox yoruldum və gücdən düşdüm. Əsəblərim də gərgin idi. Sistem vurdurdum. İndi vəziyyətim yaxşıdır”.

BAKU.WS
QALEREYA