VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Komendant saatı gecə saat 00.00-da başa çatdı. 64 milyon insana aid olan 48 saatlıq qadağa sərəncamına qədər, 3 apreldə 20 yaşa qədər şəxslərin çölə çıxmasına məhdudiyyət qoyulmuşdu. Lakin bu, küçədə insanların hərəkət etməsini azaltmamışdı. Əksinə, 5 böyük şəhərdə ictimai nəqliyyatdan istifadə edənlərin sayı artmışdı. Həftəsonu izdihamın qarşısını almaq üçün qadağanın tətbiq edilməsi qaçılmaz idi.

Aprelin 10-da elan edilən komendant saatının başa çatmasından sonra qadağa ilə bağlı müzakirələr başladı. Qadağanın hansı səbəbdən qoyulması və hansı nəticələrə səbəb olması ilə bağlı müxtəlif iddialar ortaya atıldı.

BAKU.WS xəbər verir ki, "Yeni Şəfəq" qəzeti nazir Süleyman Soylunun istefa verməsinə səbəb olan komendant saatının detallarını ortaya qoyub.

Türkiyədə epidemiyanın baş verdiyi ilk gündən etibarən "evdə qalın, özünüzü təcrid edin" kampaniyaları aparılır. Vətəndaşların bu çağırışa necə cavab verməsi və tövsiyəyə əməl etməsini dəqiqləşdirmək üçün ictimai nəqliyyatdan istifadə edənlərin sayına baxmaq kifayət edirdi. Belə ki, bu say tətbiq olunan qadağalara uyğun olaraq azalırdı.

Lakin izolyasiya haqqında uğurlu qrafikə havanın istiləşməsi pis təsir etdi. Aprelin 3-də 20 yaşadək insanların çölə çıxmasına qoyulan qadağadan bir müddət sonra ictimai nəqliyyatdan istifadə edənlərin sayında gözlənilən ciddi dəyişiklik müşahidə edilmədi. Əslində 5 böyük şəhərdə rəqəmlər tərsinə dəyişdi.

2019-cu il siyahıyaalmasına əsasən, təxminən 16 milyon əhalisi olan İstanbul şəhəri hərəkətlilik mərkəzinə çevrildi. Martın 2-də, 2 milyon 747 min sərnişin ictimai nəqliyyatdan istifadə edərkən ilk korona hadisəsinin müşahidə edildiyi 10 martdan sonra bu say mütəmadi olaraq azaldı. 3 apreldə 421 minə qədər rəqəmlər düşdü. Ancaq bu hərəkəti daha da minimuma endirmək üçün 20 yaşdan kiçik insanlara 3 apreldə çölə çıxmaqla bağlı qadağa qoyuldu. Bu, ictimai nəqliyyatdan istifadə edənlərin sayını daha da azaltdı. Gündə sərnişin sayı 4 apreldə 296 minə, aprelin 5-də isə 179 minə düşdü. 65 yaşdan yuxarı və 20 yaşdan kiçik vətəndaşlara qoyulan qadağalara baxmayaraq, 10 apreldə rəqəmlər yenidən qalxdı və 408 minə çatdı.

Bütün məhdudiyyətlərə baxmayaraq, 25 əyalətdə sərnişin sayı əhəmiyyətli dərəcədə azalmadı. 5 böyük şəhərdə sərnişin aktivliyi azalmaq əvəzinə artdı. İctimai nəqliyyatdan istifadə edənlərin sayı əvvəlki həftəyə nisbətən Ərzurumda 2,82 faiz, Kahramanmaraşda 10,99 faiz, Sakaryada 5.35 faiz, Samsunda 4.36 faiz və Trabzonda 11.44 faiz artmışdı. Havanın isti olması rəqəmlərin artmasına təsir etmişdi.

Qeyd edək ki, Türkiyənin 31 rayonunda koronavirusa görə, bu şənbə və bazar günləri küçəyə çıxma qadağası tətbiq edilməsinə qərar verilmişdi. Bunu eşidən insanlar mağazalara axın edərək ərzaq, çörək almaq üçün uzun növbələr yaratmışdılar. Dünən Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefaya verməsi barədə "Twitter" hesabına yazmışdı.

Nazir tətbiq olunan komendant saatına görə özünü günahkar hesab etmiş və Türkiyə xalqı, o cümlədən Prezident Rəcəb Tayyip Ərdoğandan üzr istəmişdi: "Şənbə və bazar küçəyə çıxma qərarı mənə məxsus idi. Daha əvvəl yaşadığım təcrübəyə görə küçələrdə yaşanan mənzərə ortaya çıxmamalı idi. Bu mənzərə daha əvvəl virusla bağlı mükəmməl təşkilati işləri kölgəyə saldı. Yaşanan olay səbəbindən heç zaman zərər verməyi düşünmədiyim millətim və ömrümün sonunadək sadiq qalacağım prezidentimiz Ərdoğandan üzr istəyirəm".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Daxili İşlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.

Orxan Hüseyn
BAKU.WS