SİZİN REKLAM BURADA!
055 213 76 73


Virusun sürətlə yayıldığı ölkələrdən biri Almaniyadır. Dünya üzrə tibb sahəsinin ən yüksək inkişaf etdiyi ölkələrdən biri olan Almaniya virusa yoluxma sayına görə hazırda dünya üzrə 5-ci yerdədi.

Bir çox şəhərlərdə karantin elan edilib, xəstəxanalar virusa yoluxanlarla doludur. Köln Univeristeti klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Almaniyada, o cümlədən digər avropa ölkələrində vəziyyətin çox ciddi hal aldığını deyir. Klinikanın şöbə müdiri xalqımıza müraciət edib.

Virusun sürətlə yayıldığı ölkələrdən biri olan Almaniya vətəndaşlar qarşısında qoyduğu sərt qərarlarla yoluxma sayını maksimum azlatmaqdadır. Bu ölkədə qaydalara pozanları hətta həbs cəzası verilir.

Almaniyanın Köln şəhərində həkim işləyən həmyerlimiz Nuran Abdullayev deyir ki, martın əvvəlindən onun işlədiyi xəstəxanaya gün ərzində təxminən 500-dən çox koronavirusla bağlı müarciət edilirdi. Alman hökumətinin həyata keçirdiyi sərt nəzarət tədbirlərindən sonra isə artıq bu rəqəm 2 dəfə azalıb.

Nuran Abdullayev deyir ki, nəinki Almaniya, virusun yayıldığı bütün ölkələr nəzarət tədbirlərini gücləndirir. Alman xalqı isə qaydalara əməl etməklə virusa yoluxma sayını maksimum azaltmağa çalışır. Tibb elmləri doktoru xalqımıza müraciət edərək insanları qaydalara əməl etməyə çağırıb.

Nuran Abdullayev onu da bildirdi ki, martın əvvəllərində virusa yoluxma ehtimalı ilə müraciət edən hər kəsdən laboratoriya analizləri götürülürdüsə, indi ancaq həkim rəyi ilə bu analizlər götürülür.

BAKU.WS
VİDEO