VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə keçirilən toplantılar davam edir.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yeni tədris ilinə hazırlıq planına uyğun olaraq bölük, batareya komandirləri və müavinləri ilə keçirilən toplantılarda zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılır.

Praktiki məşqlərdə taktiki-sıra və sıra hazırlığının təşkili, hazırlanması və keçirilməsi metodikası nümayiş etdirilir.

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı hüquq hazırlığı və mənəvi-psixoloji hazırlıqdan müxtəlif mövzularda mühazirələr oxunur.

Hazırda digər ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi toplantılar davam edir.

BAKU.WS
QALEREYA