SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Limanında Türkmənistan istiqamətində gəmi hərəkəti normal rejimdə həyata keçirilir.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən BAKU.WS-ə verilən məlumata görə, Türkmənistana məxsus “Berkarar” gəmisinin təmirdə olması səbəbindən Bakı Limanında toplanan ağır yüklü nəqliyyat vasitələrinin (TIR) növbəsinin azalması üçün Azərbaycan və Türkmənistan tərəfindən müvafiq işlər həyata keçirilir. Hal-hazırda 51 TIR yol vergisini ödədikdən sonra “Bəxtiyar” gəmisi ilə Türkmənbaşı limanına yola salınır.

Ümumilikdə, Bakı Limanından Türkmənistana yola düşəcək 300-ə yaxın TIR mövcud olan ardıcıllıqla tez bir zamanda yola salınacaq.

Bakı Limanı sürücülərin rahatlığı üçün müvafiq tədbirlər görür, gözləmə vaxtı onların yarana biləcək tələblərini ödəmək üçün iş aparır. Məsələ ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

BAKU.WS