VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan idmançıları Antalyada keçirilən muay-tay üzrə Avropa kuboku turnirində 10 medal qazanıblar.

BAKU.WS-in məlumatına görə, turnirdə İzzət Həsənov (36 kq), Səlahhəddin Qocazadə (38 kq), Əvəz Allahverdiyev (48 kq), Rəvan Abdullayev (51 kq), Murad Səfərəliyev (54 kq) və Məhəmmədəli Abdullayev (57 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Nihad Şoranov (36 kq) isə finalda uduzaraq gümüş medalla kifayətlənib. Arif Əliyev (38 kq), Emil Məmmədəliyev (40 kq) və Nemət Rəhmətullayev (81 kq) isə yarışda üçüncü olublar.

Qeyd edək ki, ölkəmizi bu yarışda 4 məşqçi və 16 idmançı təmsil edib.

BAKU.WS