SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda əcnəbi sahibkar qarət olunub.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

H.Z.Tağıyev küçəsi, ev 18, mənzil 9-da yerləşən "Park Tarqoviy" höstelini icarə əsasında işlədən sahibkar, Pakistan vətəndaşı, 1975-ci il təvəllüdlü Ali Vaqar Başerat ərizə ilə polisə müraciət edərək bildirib ki, gecə saatlarında həmin hostelə tanımadığı 4 nəfər yer üçün müraciət edib.

Söhbət zamanı həmin şəxslərdən biri Ali Waqar Basheratdan içmək üçün su istəyib.

Sahibkar onlara su vermək üçün hostelin mətbəxinə keçərkən həmin şəxslər ona məxsus, içərisində 3000 dollar olan çantanı götürüb qaçıb.

BAKU.WS