VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmazda maskalı şəxs oğurluq məqsədi ilə həyətə daxil olub. Ev sahibinin oğlu ilə qarşılaşdıqda isə ona bıçaqla hücum edib.

Məqsədinə nail ola bilmədikdə isə qaçaraq ərazidən uzaqlaşıb. Hadisə həyətdəki müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

Əvvəlcə evin qarşısında oturub ətrafı gözətləyir. Sonra isə qapıya yaxınlaşaraq onu açmağa çalışır.

Aça bilmədikdə də geriyə qayıdıb gözləyir. Bu zaman evdən çıxan şəxsi görərək ona bıçaqla hücum edir.

Müşahidə kameralarının qeydə aldığı bu hadisə Xaçmazın Hülövlü kəndində baş verib. Naməlum maskalı şəxs axşam saatlarında oğurluq məqsədi ilə kənd sakini Rafiq Balayevin həyətinə girib.

1 saata yaxın orada oturub ətrafı gözətlədikdən sonra isə evə daxil olmağa çalışıb və məqsədinə nail ola bilmədikdə geri qayıdıb. Bir neçə dəqiqə sonra ev sahibinin oğlu Rəşad Balayev qapıdan çıxaraq həyətə düşüb. Bu zaman maskalı şəxs ona hücum edərək sinəsinə bıçaq zərbəsi endirmək istəyib. Rəşad Balayev bıçaq zərbəsindən yayına bilib və qaçaraq evə girib.

Maskalı şəxs isə qaçaraq həyəti tərk edib.

Ev sahibi hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. Rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gələrək kamera görüntüləri əsasında araşdırma aparıblar.

Hadisəni törədən şəxsin elə həmin kənd sakini, əvvəllər də məhkumluq həyatı yaşamış 26 yaşlı Tamerlan Mustafayev olduğu müəyyənləşib. O, basqından 2 saat sonra tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS
VİDEO