SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə-İran sərhədində zəlzələ olub.

BAKU.WS xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Verilən məlumata görə, yerli vaxtla saat 04:14-də Naxçıvan stansiyasından 125 km cənub-qərbdə Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 5, dərinliyi 44 km olub.

Zəlzələ Naxçıvan MR-nın cənub-qərb hissəsində episentrə yaxın yaşayış məntəqələrində zəif hiss olunub.

BAKU.WS