SİZİN REKLAM BURADA!
055 213 76 73


Biləsuvar, Ağstafa və Qax rayonlarında qazın təchizatında fasilələr müşahidə olunur.

BAKU.WS-in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdirilir, yeni qaz tənzimləyicisi quraşdırılır, aşkarlanan qaz sızmaları aradan qaldırılır.

Bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək.
BAKU.WS