"Azərbaycanın adət-ənənələrini, təbiətini və gözəlliyini insanlara göstərmək lazımdır. Sosial məsuliyyəti aşağı olan qadınları yox".

BAKU.WS
xəbər verir ki, bu fikri millət vəkili Araz Əlizadə İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olarkən Azərbaycana sekslə məşğul olmaq üçün gələn turistlər mövzusunda danışarkən bildirib.

"Əvvəla, pulnan gedənlər artıq yoldan çıxmışlardır. Məsələ burasındadır ki, bizdə turizmi inkişaf etdirmək lazımdır. Azərbaycanın adət-ənənələrini, təbiətini və gözəlliyini insanlara göstərmək lazımdır. Sosial məsuliyyəti aşağı olan qadınları yox.

Bunun üçün də əxlaq polisi olmalıdır. Dünyanın hər yerində var ki, turistlərə ilişməsinlər, onları qorusunlar. Biz gərək elə edək ki,   bura sekslə məşğul olmaq üçün gəlməsinlər. Azərbaycan mədəniyyəti, incəsənəti, xalqı və tarixini öyrənmək üçün gəlsinlər",-deyə deputat vurğulayıb.
BAKU.WS
VİDEO