SİZİN REKLAM BURADA!
055 213 76 73


Nardaran qəsəbəsində yaşayan vətəndaş avtomatını polis bölməsinə təhvil verib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbəsində yaşayan D.Yaxşıbəyov “AK-74” markalı silahı və həmin silaha aid 24 ədəd 5,45 çaplı patronu könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil verib.
BAKU.WS