VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağsunun Qiyaslı kəndində 19 yaşlı gəlinin boğularaq öldürülməsi ilə bağlı yeni detallar üzə çıxıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı namus üstündə qətlə yetirib.

Bakıda fəhlə işləyən Nəriman qardaşının arvadı ilə bağlı yayılan iddiaları dəqiqləşdirmək üçün evlərinə qayıdıb və onun hərəkətlərindən şübhələnib. Şübhəsini daha da dəqiqləşdirmək üçün plan qurub. Belə ki, hadisədən bir gün qabaq evdəkilərə Bakıya qayıdacağını söyləyib. Növbəti gün səhər tezdən Bakıya getmək adı ilə evdən çıxıb, lakin kənddən çıxmayıb. Geri qayıdaraq evin yaxınlığında gizlənib.

Qaynının Bakıya getdiyinə əmin olan Xumar Zahidova sevgilisini çağırıb və evin yaxınlığında görüşüb. Bu zaman onları birlikdə tutan Nəriman hər ikisini arxasınca qaçıb. Oğlan qaça bilsə də, Nərimanın atdığı daş Xumarı yerə yıxıb. Nəriman onu evə apararaq kəndirlə boğub və asıb.

Daha sonra Xumarın sevgilisini öldürmək üçün bir müddət onu axtarıb. Tapa bilmədikdən sonra polisə şöbəsinə gedərək könüllü şəkildə təslim olub.

Əldə etdiyimiz məlumata görə, Xumar Zahidovanın valideynləri Nərimandan şikayətçi olmayıblar.

Qeyd edək ki, qətlə yetrilən Xumar Zahidova ötən il ailə qurub və iki aylıq körpəsi var. O, həmçinin onu öldürməkdə şübhəli bilinən Nərimanın doğma bibisi qızıdır.

Baş verən hadisə ilə bağlı Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir.
BAKU.WS