Azərbaycan polisi 16 il axtarışda olan şəxsi tutdu

09
sen
2019
10:11
Cəlilabad rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 il axtarışda olan şəxsi saxlayıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb.H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub.
Oxşar xəbərlər
Axtarışda olan şəxslər saxlanılıb
Axtarışda olan şəxslər saxlanılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağstafa rayon Polis Şöb...
