SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gündən başlayan yağış Bakıda bir çox problemlərə səbəb olub.

Paytaxt sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, əsasən Qaradağ rayonu ərazisində, Sədərək istiqamətində yolları su basıb. Bundan əlavə, Xətai rayonu ərazisində, Zığ yolu su ilə dolub.

Eyni zamanda, Binəqədi rayonu ərazisində də yollar yağış sularından keçilməz hala dönüb.

Avtomobillərin və piyadaların hərəkəti çətinləşib.
BAKU.WS
VİDEO