VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 215-ci kilometrliyində toy karvanı qəzaya düşüb.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Göyçayın Natavan küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, toy karvanında hərəkət edən minik maşını qarşı tərəfdən gələn digər minik avtomobili toqquşub. Qəza nəticəsində  hər iki sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada xəsarət alanlar:

Göyçay rayon sakinləri - 1989-cu il təvəllüdlü İbrahimov Qəzənfər Ələsgər oğlu, 1960-cı il təvəllüdlü Həsrətov Bikas Fərman oğlu,1967-ci il təvəllüdlü Zeynalov Rafiq Bəylər oğlu,1977-ci il təvəllüdlü Əsgərov Etibar Firuddin oğlu,1962-ci il təvəllüdlü Əhmədov Rafael Yusif oğludur.
BAKU.WS
QALEREYA