Ukrayna prezidenti Vladimir Zelenskinin avtomobili qəzaya uğrayıb.

BAKU.WS “iz.ru”ya istinadən xəbər verir ki, qəza Zaporoje rayonunda qeydə alınıb. Rayondan paytaxta gələn prezidentin korteji avtobusla toqquşub.

Kortejdə olan maşınlardan biri uşaqları daşıyan avtobusa çırpılıb.


Qəza zamanı kortejdəki avtomobilə böyük ziyan dəyib. Avtobusdakı uşaqlara və maşındakılar xəsarət almayıblar.

Qəza baş verən zaman Zelenski avtomobildə olmayıb. Hadisədən sonra o, paytaxta təyyarə ilə gəlməli olub.
BAKU.WS


VİDEO