SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.

BAKU.WS xəbər verir ki, bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanasından bildirilib. Verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Bildirilir ki, Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Qeyd edək ki, növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.
BAKU.WS