VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakının 3 qəsəbəsində elektrik təchizatında fasilələr yaranacaq. 


BAKU.WS-in məlumatına görə, "Azərişıq" ASC Nardaran, Bilgəh və Buzovna (Albalıq yashayısh sahəsi) qəsəbələrində elektrik verilişi xətlərində aparılan yenidənqurma işlərini yekunlaşdırır.

ASC-dən verilən məlumata görə, bununla əlaqədar bu gün saat 11:00-dan 14:00-a qədər adı çəkilən qəsəbələrin bəzi ərazilərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yarana bilər.

Yaranmış  narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

BAKU.WS