SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayevə qarşı xoşagəlməz təxribatlara əl atıblar.

BAKU.WS xəbər verir ki, Rusiya Kütləvi İnformasiya Vasitələrində və kanallarında ekstrasens barədə videogörüntülər yayılıb və onu Rusiyanın ən varlı ekstrasensi adlandırıblar.

Əslində nə baş verir? Məsələyə aydınlıq gətirmək üçün Zirəddin Rzayevlə əlaqə saxladıq. Ekstrasens BAKU.WS-ə eksklüziv açıqlamasında bildirdi ki, bu sifariş olunmuş çəkiliş və informasiyalardır.

“Bu əməl əslində təkcə mənə qarşı deyil. Sadəcə azərbaycanlılar təkcə məni görürlər. Bu mənim üçün ürək ağrıdan haldır. Çünki yaxşı hal olanda çox az qismdə azərbaycanlılar məni dəstəkləyirlər.


Onların əlində heç bir sübut yoxdur. Göstərdikləri montajdan başqa bir şey deyildi.

Necə ki, prezident Ərdoğanın səsini Türkiyədə gündəmə gətirdilər, sosial şəbəkələrdə yaydılar, həmin formatda da Rusiyadakı ekstrasenslərə qarşı belə bir montajlar olundu. Bunu xüsusən mənə qarşı elədilər. Çünki mənim səviyyəmdə elə bir ekstrasens görmürəm.

Düşünürəm ki, məşhur bir insan üçün bu normal haldır. Səbəbi də gündəmdə qalmaq, böyük bir qalmaqal yaşatmaq istəyidir. Hər şey göz qabağındadır.

Bir insanın şəxsi mülki onun potensialının, onun necə mütəxəssis olmağının göstəricisi deyil. Bunun heç bir ilahi gücə, fenomen qabiliyyətə aiddiyyatı yoxdur. Heç kimin varı-dövləti onun güclü, yaxud zəif mütəxəssis olduğunu göstərmir.

Bunu yalnız savadsız və hər şeyi pulda görən insanlar deyə bilər”, - deyə Zirəddin Rzayev bildirib.

Ziya SƏCCAD
BAKU.WS