VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dekabrın 22-də “CinemaPlus” kinoteatrında “Qaynana 2018” filminin qala gecəsi keçirilib.


BAKU.WS xəbər verir ki, təqdimat mərasimində Xalq artistləri Flora Kərimova, İlham Namiq Kamal, Əməkdar artist Gülşad Baxşıyeva, aktyorlar Riad Abdulov, Sevinc Əliyeva və nigerilayı Azum Ogaçukva, eləcə də tanınmış simalar və media nümayəndələri iştirak ediblər.

Milli musiqi alətlərimizin müşayiəti ilə qırmızı xalıdan keçən filmin aktyor heyəti xüsusi hazırlanmış lövhənin qarşısında jurnalistlərin suallarını cavablandırıblar.


Ekran işi haqda “Caspian Media Group”un rəhbəri Hüseyn Cavadzadə bunları deyib:

“İşimizə verdiyiniz diqqət üçün çox sağ olun. Sevinirəm ki, 40 il öncə hazırlanan “Qaynana”nın yeni versiyasını sizlərə təqdim edirik. Qaynana mövzusu hər zaman aktualdır. Ümumiyyətlə qaynanalar hər zaman var olsun.

Neçə ildir ki, evliyəm, amma qayanananın nə olduğunu Flora xanımın sayəsində öyrənmişəm. Hətta onun qızı belə mənə deyir ki, siz onun kaprizlərinə fikir verməyin. Necə obraza giribsə hələ də çıxa bilmir.

Hətta filmdəki tərəf müqabili Səfa Mirzəhənovla kiçik video çəkib qızı Zümrüdə yollayıb ki, “Qızım, bu mənim yeni həyat yoldaşımdır”. Gördüm ki, Zümrüd mənə həyəcanla “Hüseyn, anamı çox da həvəsləndirməyin. Onda bu alınır. Yoxsa ərə gedər” sözlərini yazıb”.


Daha sonra “Qaynana”nın baş qəhrəmanı Xalq artisti Flora Kərimova ürək sözlərini deyib:

“Bilirsiniz məni niyə tərifləyir? Çünki ikinci hissədə məni ərə vermək istəyir. Diqqətiniz və hörmətiniz üçün hər birinizə təşəkkür edirəm. Hər zaman deyirəm ki, adımı böyük aktyorların sırasında çəkməyə ixtiyarım yoxdur. Ən axırıncıyam”.

Qeyd edək ki, "Caspian Media Group" şirkəti tərəfindən istehsal olunan film müasir qayınananın macəralarından bəhs edir. Filmdə müasir qayınananı tərənnüm edən Canan (Flora Kərimova) oğlunu imkanlı ve elit ailənin qızı ilə evləndirmək istəsə də, oğlu evlərində çalışan qulluqçunun qızına aşiq olur. Elə hər şey də bundan sonra başlayır...

BAKU.WS