SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda maraqlı hadisə baş verib. 

BAKU.WS-in məlumatına görə, vətəndaş Məhəmmədəli Əliheydərov bankomatdan pul çıxararkən ATM-də 350 manat olduğunu görüb.

Bankomata öz pensiyasını çıxarmaq üçün yaxınlaşan Məhəmmədəli Əliheydərov ondan əvvəl bankomatdan pul çıxaran şəxsin 350 manat pulu orada unutduğunu görüb.

Sahibini tapmadığı üçün pulu bankomatın aid olduğu banka təhvil verib. Bank əməkdaşları bankomat əməliyyatlarını araşdıraraq həmin müştərini taparaq pulu sahibinə təhvil veriblər.

Məhəmmədəli Əliheydərovun bu addımı sosial şəbəkələrdə rəğbətlə qarşılanıb. 

Qeyd edək ki, bu hadisə bir müddət öncə baş verib. Ancaq vətəndaşın bu addımı sosial şəbəkələrdə hələ də geniş müzakirə olunur. İnsanlar Məhəmmədəli Əliheydərovun bu addımını alqışlayır.

BAKU.WS

Məhəmmədəli Əliheydərov