SİZİN REKLAM BURADA!
055 213 76 73



“Bu günədək Ermənistanda itkin düşmüş sayılan 1000 hərbçi var”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu, itkin düşmüş hərbçilərin valideynlərinin sentyabrın 21-də ölkənin baş naziri Nikol Paşinyana üvanladıqları müraciətdə vurğulanıb.

“Ölənlərin, heç olmasa, məzarları var. Siz gəlib keçdiniz, ancaq orada bizim nəvələrimiz durmuşdular. Onlar şeir oxumaq istəyirdilər. Hamı gəlib keçir, baş əyir. İtkin düşənlərin xatirəsinə isə heç kim diqqət ayırmır”, - itkin düşən hərbçilərdən birinin anası deyib.

İtkin düşmüş başqa bir hərbçinin atası baş nazir Nikol Paşinyana müraciət edərək, heç olmasa, 10 dəqiqəliyə onu qəbul edib problemi ilə tanış olmasını istəyib.

“Müstəqillik və ya hərbi günlərlə bağlı təbrikdə itkin düşmüş hərbçiləri unutmayın”, - valideynlər bildiriblər.

BAKU.WS