VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkib.
 
APA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, S. Müslümov xəstələrin səhhəti ilə maraqlanıb, həkimlərdən məlumat alıb. Səlim Müslümov baş verən hadisə barəsində də danışıb: "Bununla bağlı Əmək Müfəttişliyinin Təhqiqat Komissiyası yaradılacaq. Biz hazırda orda SOCAR-ın  hansı idarələrin işçilərinin çalışmasını dəqiqləşdiririk. Komissiya bütün məlumatları dəqiqləşdirəndən sonra müvafiq qərarlar qəbul olunacaq”.
  
Nazir bildirib ki, platformada olan bütün işçilərin xilasedici jiletləri əyinlərində olub, işçilərin təxliyəsində qayıqlardan istifadə olunub: " Proses əməyin təhlükəsizliyinə uyğun qaydada həyata keçirilib. Lakin orda güclü külək olub, yanğın olub və güclü dalğa nəticəsində qayıqlardan birinin qarmağı açılıb. Təhqiqatdan sonra bunun başvermə səbəbi dəqiq məlum olacaq və əməyin təhlükəsizliyi ilə bağlı bütün məsələlər araşdırılacaq”.
 
S. Müslümov bildirib ki, hadisədə zərrə çəkənlərlə bağlı aparılan ilkin yoxlama nəticəsində məlum olub ki, çalışanların hamısı sığorta şirkətində sığortalanıblar: "Onların əmək müqavilələri var. Bu o deməkdir ki, əgər onların hər hansı birində istehsalat zədəsinin qalıqları qalarsa, əmək qabiliyyətinin itirilməsi faizi müəyyənləşəcək və buna uyğun onlara sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödənəcək. Həyatını itirənlərin də ailələrinə sığorta şirkəti tərəfindən böyük məbləğdə sığorta haqqı ödəniləcək. Bu, mövcud qanunvericilikdə nəzərdə tutulub. Onların aylıq maaşının məbləğinə, ailə üzvlərinin sayına və digər meyarlara uyğun olaraq pul ödənəcək”.
 
Mövcud qanunvericiliyə görə bütün müalicə xərclərini də sığorta şirkəti ödəməlidir. Cənab prezidentin də sərəncamında bu barədə məsələ var və hər hansı problem olmayacaq".
 
BAKU.WS