BAKU.WS bu günün - 2 avqust tarixinin qoroskopunu təqdim edir:

QOÇ - Maliyyə məsələlərinin həlli üçün yaxşı vaxt deyil. Yeni işə və ya layihəyə başlamaq məsləhətli deyil. Aldığınız təkliflər ilk baxışdan cazibədar və şirnikləndirici təsir bağışlasa da, əslində zərərlidir. Risklərə aldanmayın. İntuisiyanıza güvənərək qərar verin. Bəzən məntiq bizi yanlış yola çəkir.

BUĞA - İnteraktiv gündür. Yaşamın intensiv ritminə uyğunlaşmaq istəyirsizsə, astagəllik, süstlükdən uzaq olun. Günün ikinci yarısında rəqibləri üstələyn. Sizə meydan oxuyan insanı geridə qoyun. Alış-verişdə bədxərclik etməyin. Maraqlarınızı kimsəyə güzəştə getməyin.

ƏKİZLƏR - Məhsuldar, sərfəli, hadisələrlə zəngin zamandır. Yeni istiqamətdə ilk addımlar pis alınmayacaq. Günün ikinci yarısında sərvaxt və ehtiyatlı olsanız, ən çətin işin öhdəsindən gələcəksiniz. Etibarsız layihələrə baş qoşmayın.

XƏRÇƏNG - Uğur bilavasitə zamanla ayaqlaşmaq məharətinizdən asılıdır. Dünənki günlə yaşamaq ilk baxışdan rahat və cazibədar təsir bağışlasa da, bu, ciddi geriləməyinizə səbəb olacaq. Yeniliklər üçün yaxşı zamandır. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın. Təcrübə hər işdə öz sözünü deyir.

ŞİR - Şanslı gündür. Lakin yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. Problemlərin çoxluğu sizdə bədgümanlıq hissi yaratmamalıdır. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın əməli sizi təəssüfləndirə bilər.

QIZ - Şübhələr düşüncələrini zəbt edəcək. İstənilən işin effektiviliyi sizin şübhə səviyyənizdən asılıdır. Bir variantı seçin, onu reallaşdırmaq üçün bütün imkanlardan yararlanın. Sizin haqqınızda kimin nə fikirləşəcəyini uzun müddət təhlil etməyin. Səhv edə bilərsiniz. Başqalarının mövqeləri ilə hesablaşın, deyilənləri nəzərə alın. Amma fəaliyyətinizi onların nə deyəcəyini düşünərək korrektə etməyin.

TƏRƏZİ - Əlverişli gündür. Günün ilk yarısından etibarən işlərinizdə ciddi maneələr və sədlər yaranmayacaq. Həlli mümkünsüz təsir bağışlayan problemlər yoxdur. Qərarların bir çoxunu intuitiv qəbul etməlisiniz. Sakit olun, təmkinli davranın. Emosionallığa, çılğınlığa heç bir zərurət yoxdur.

ƏQRƏB - cari işlərdə ləngimələrə yol verməyin. Təşəbbüskar olun, situasiya sizə qərarlarınızı və addımlarınızı diqtə etməməlidir. Təəssüratlarınız bol, əsəbləriniz tarımdırsa, sakitləşin. Təmkinli olsanız, daha ciddi uğurlara nail ola bilərsiniz. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun.

OXATAN - Təzadlı gündür, ilk baxışda yaranan təəssürat sizi yanıltmasın. Günün ilk yarısı sürprizlərlə zəngin olacaq. ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin.

OĞLAQ - Yaxın gələcəklə bağlı planlarınızı təhlil edin. Yaşam təcrübəsi sizinlə müqayisədə xeyli çox olan insanla məsləhətləşməyi unutmayın. Ağıllı və məntiqli insanlarla məsləhətləşmələr üçün yaxşı gündür. Onlardan biri ilə sıx təmaslar qurun. Axşam saatlarını evdə keçirin, qüvvənizi bərpa edin.

DOLÇA - Qətiyyətlə, iradəli olsanız uğur qazana bilərsiniz. Qüvvənizi olduğundan artıq dəyərləndirməyin, özünü yormayın. Təcili və təxirəsalınmaz olmayan işləri ertələyin. Günün ikinci yarısında dəyər verdiyiniz insanla görüşün, problemləri onunla müzakirə edin. Pozitiv əhval ala bilərsiniz. Axşam saatlarında alış-verişə çıxmaq olar.

BALIQLAR - Başladığınız işdən həzz almağa çalışın. Yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Qeyri-standart problemlərin həllində çətinlik çəkməyəcəksiniz. Yeni ideyalarınız pis deyil və yaxın ətrafınızdakı insanlar da bunu etiraf edirlər. Zərərli vərdişlərdən uzaq olun. Sağlam qidalanın. Axşam saatlarını normal istirahət etməyə çalışın.

BAKU.WS