VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Canlı həyat” (Live Life) adlı sərgisinin açılışı olub.
 
BAKU.WS-in məlumatına görə, sərginin açılışında Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva, Azərbaycan Avropa Cəmiyyətinin sədri Tale Heydərov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev iştirak edib.
 
Tədbirdə Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla Əliyavanın keçmiş həyat yoldaşı, müğənni Emin Ağalarov da iştirak edib. Instagram-da paylaşılan şəkildən göründüyü kimi Emin oğlu Mikayılla birgə sərgi ilə tanış olub. 

Qeyd edək ki, mayın 24-dək davam edəcək sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.
 
Nazim Babayev
BAKU.WS