SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda vurulan piyadanın boynu üzülüb.

BAKU.WS report-a istinadən xəbər verir ki,  hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi, Şəhər şosesində qeydə alınıb.

Belə ki, İsa Ağazadə idarə etdiyi  minik  avtomobiliylə hərəkət edən zaman piyada 48 yaşlı İsmayıl Səmədovu vurub. Zərbə o qədər güclü olub ki, İ.Səmədovun başı avtomobilin qabaq (alın) şüşəsini sındıraraq salona girib.

Nəticədə onun boyun nahiyəsi kəsilib. Sürücü İ.Ağazadə piyadanı xəstəxanaya çatdırıb. Lakin onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS