DİN: "Dezinformasiya yayan 10-a yaxın şəxsə xəbərdarlıq edilib"

DİN: Dezinformasiya yayan 10-a yaxın şəxsə xəbərdarlıq edilib
Sosial 0

Son günlərdə sosial şəbəkələrdə 10-a yaxın əsassız və yalan informasiyalar yayılıb.

BAKU.WS xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

E.Hacıyev bildirib ki, onların mənbəsi Daxili İşlər Orqanlarının əməkdaşları tərəfindən müəyyən edilib və həmin şəxslər dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb. Əsas diqqətçəkən məqam həmin mənbələrin xaricə gedib çıxması və erməni silahlı qüvvələrinə bağlı olmasıdır.

"Vətəndaşlarımıza xəbərdarlıq edirik ki, qarşı tərəfin yaydığı qeyri-ciddi xəbərlərə aldanmasınlar. Birmənalı şəkildə bilinməlidir ki, Qarabağ bölgəsində qanunsuz erməni silahlılarına qarşı antiterror tədbirləri görülür. Hələ ki ciddi bir siqnal bizə daxil olmayıb".

Oxşar xəbərlər

Son xəbərlər